2023-cü ilin oktyabr ayında sentyabr ayı ilə müqayisədə fiziki şəxslərin depozitləri 147,3 milyon manat azalaraq12 milyard 271,1 milyon manata düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb. Buna "Muğanbank" ASC-nin lisenziyasının ləğv olunması səbəb ola bilər.
O cümlədən, müddətli əmanətlər 147,7 milyon manat azalaraq 6 milyard 597,7 milyon manata geriləyib. Tələbli əmanətlər isə 0,4 milyon manat artaraq 5 milyard 673,4 milyon manat olub.
Oktyabrda sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri 5,8 milyon manat artaraq 292,9 milyon manaat çatıb.
Oktyabrda əhalinin banklardakı cəmi əmanətləri (fiziki şəxslərin və sahibkarlıqla məşğul olan fiziki şəxslərin cəmi depozitləri) 141,4 milyon manat azalaraq 12 milyard 564,1 milyon manata geriləyib.