Paris Hilton yenidən ana olub

10:33 - 24 Noyabr 2023 - MAQAZİN

Aktrisa, müğənni və model Paris Hilton İnstaqram hesabında yenidən ana olduğunu açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, o, çəhrayı rəngli körpə geyiminin fotosunu yerləşdirərək üzərinə “Uşağım üçün təşəkkür edirəm” sözlərini yazıb. Paltarın üzərində 42 yaşlı Hiltonun qızı Londonun adı da yazılıb.

Aktrisa jurnalistlərə 2023-cü ilin mart ayında qızı üçün bir ad tapdığını etiraf edib. Ulduzun sözlərinə görə, o, sevimli şəhərinin şərəfinə qıza bu adı seçib. Hilton gələcəkdə çoxlu uşaq istədiyini də əlavə edib.


Xəbər xətti