Abşeron rayonunda intihar hadisəsi olub.
"Report" məlumat verir ki, hadisə Xırdalan şəhər ərazisində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Aidə Vahid qızı Bayramova yaşadığı evdə özünü asıb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.