Bu gün Bakının Xətai rayonunun qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Xətai rayonunun N.Rəfiyev küçəsində abadlıq işləri ilə əlaqədar qaz tənzimləyicinin və qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə noyabrın 23-də saat 10:00-dan etibarən işlər başa çatanadək “Şüşə” orta təzyiqli qaz kəmərindən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Xətai rayonunun Ağ şəhər, M.Mehdizadə, S.Orucov, F.Bayramov, Natiq Əliyev, Afiyəddin Cəlilov, N.Rəfiyev küçələrinin, eləcə də Xocalı və Babək prospektlərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.