DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Argentina - Braziliya matçından əvvəl baş verən hadisələr futbolda qəbuledilməzdir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino İnstaqram hesabında yazıb.
"Futbolda istər meydanda, istərsə də meydandan kənarda zorakılığa qətiyyən yer yoxdur. Argentina və Braziliya matçı zamanı bu kimi hadisələr bizim idmanda və ya cəmiyyətdə baş verməməlidir. Azarkeşlər, oyunçular və rəsmilər futbol oynamaq və həzz almaq üçün təhlükəsiz olmalıdırlar. Mən aidiyyatı qurumları buna bütün səviyyələrdə hörmətlə yanaşmağı təmin etməyə çağırıram" - FİFA rəhbəri qeyd edib.