Bu evlərə sənəd verilməyəcək: 215 min ... - VİDEO

13:02 - 21 Noyabr 2023 - ÖLKƏ İÇİ

Uzun illərdir əsas problemlərdən biri kimi gündəmdə olan sənədsiz evlərlə bağlı məsələ hələ də öz həllini tapmayıb. Respublika üzrə qanunsuz tikililərin cox hissəsi Bakı və Abşeron yarımadasının payına düşür. 

Ucnoqta.az xəbər verir ki, ARB TV-nin efirində yayımlanan “Günə Son” verilişində sənədsiz evlərin taleyi ilə bağlı müzakirələr aparılıb. 

Abşeron Rayon İcra Hakimiyyətinin şöbə müdiri Azər Məmmədov bu barədə açıqlama verib: “Bir neçə il bundan qabaq sənədsiz evlərin siyahıya alınması ilə bağlı tapşırıq gəlmişdi, siyahını hazırlayıb Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil vermişik. Pandemiyadan əvvəlki dövrdə təxminən 26-27 minə yaxın sənədsiz ev vardı. Təsəvvür edin ki, Abşeron rayonunda 215 min qeydiyyatda olan əhali var, lakin yeddi yüz minə yaxın insan yaşayır. Yüksək gərginlikli elektrik xətlərinin, qaz, işıq, su, dəmiryol xətlərinin və vulkanların mühafizə zolaqlarında yerləşən evlərə birmənalı olaraq, sənəd verilməyəcək” - deyə o, bildirib. 

Daha ətraflı video məlumatı təqdim edirik: 

Xəbər xətti