İsrail və Fələstinin HƏMAS radikal hərəkatı israilli girovların azad edilməsi və atəşkəs haqqında razılaşmaya yaxındır.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu açıqlama ilə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.
Məlumata görə, əvvəlcə Qəzza zolağında saxlanılan 50 israilli girovdan ibarət birinci qrup azad ediləcək, ikinci qrup, yəni daha 50 nəfər atəşkəsin uzadılması müqabilində öz vətənlərinə qayıda biləcək.