Ucnoqta.az
www.ucnoqta.az

İsrail və HƏMAS razılaşmaya yaxındır - KİV

11:31 - 21 Noyabr 2023 tarixində dərc olunub.

İsrail və Fələstinin HƏMAS radikal hərəkatı israilli girovların azad edilməsi və atəşkəs haqqında razılaşmaya yaxındır.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu açıqlama ilə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.

Məlumata görə, əvvəlcə Qəzza zolağında saxlanılan 50 israilli girovdan ibarət birinci qrup azad ediləcək, ikinci qrup, yəni daha 50 nəfər atəşkəsin uzadılması müqabilində öz vətənlərinə qayıda biləcək. 

Müəllif: Ucnoqta.az redaksiyası