Millimizə hazırda potensialı tükənən baş məşqçi rəhbərlik edir - AFFA rəsmisi

21:46 - 20 Noyabr 2023 - İDMAN

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsinin son turunda Belçikaya uduzduqdan sonra (0:5) mətbuat konfransında azərbaycanlı jurnalistləri təhqir edib.

Teleqraf.com xəbər verir ki, Milli Assosiasiyanın vitse-prezidenti Vaqif Sadıqovun sözlərinə görə, Canni De Byazi barəsində jurnalistlər haqqında işlətdiyi qeyri-etik ifadələrə görə ciddi tədbir görüləcək.

"AFFA-nın baş katibi də bununla bağlı jurnalistlərdən üzr istədi. Dəqiq nə vaxt tədbir görüləcəyini deyə bilmərəm. Lakin hesab edirəm ki, İcraiyyə Komitəsinin iclası gözlənilir, orada bu məsələ müzakirə olunacaq", - deyə o, əlavə edib.

V.Sadıqov onu da qeyd edib ki, Canni De Byazinin müqaviləsinin uzadılıb uzadılmayacağı ilə bağlı hələlik danışıqlar getmir.

"Ona görə ki, ayın axırına qədər hələ ki, müqaviləsi var. İcraiyyə Komitəsinin iclasında bu məsələ də müzakirə olunacaq. Potensialı yüksək millimizə hazırda potensialı tükənən baş məşqçi rəhbərlik edir. Bu da bizə bu mövzunu ciddi müzakirə etməyə vadar edir", - deyə o, qeyd edib.

Xəbər xətti