Belçika millisinin futbolçusu Romelu Lukaku AVRO-2024-ün seçmə mərhələsində bombardirlər siyahısında portuqaliyalı Kriştianu Ronaldonu geridə qoyub.
Ucnoqta.az xəbər verir ki, noyabrın 19-da Azərbaycanla keçirilən görüşdə Lukaku poker edib və komandası 5:0 hesabı ilə qalib gəlib.
Lukaku indi 14 qolla seçmə mərhələnin bombardiri siyahısına başçılıq edir. Ronaldo ikinci yerdədir (10). Üçüncü yeri 9 qol vuran Fransa millisinin futbolçusu Kilian Mbappe tamamlayır.
Qeyd edək ki, Belçika millisi öz qrupunda birinci yeri tutaraq Avro-2024-ə vəsiqə qazanıb.