Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.
Belə ki, avtomobil yolu keçmək istəyən 1971-ci il təvəllüdlü İrina Rıbalkanı vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.
Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.