Prokurorluq Tovuzda fermada çobanın törətdiyi qətllə bağlı məlumat yayıb

14:28 - 18 Noyabr 2023 - HADİSƏ

Tovuzda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.

Tovuz rayon prokurorluğundan verilən məlumata görə, noyabrın 18-də Tovuz rayonunda yerləşən fermalardan birində yanmış insan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 1988-ci il təvəllüdlü Tovuz rayon sakini, qeyd edilən fermada çoban işləyən Eldar İbrahimovun aralarında yaranmış mübahisə zamanı 1998-ci il təvəllüdlü Nicat Məmmmədovun baş nayihəsindən dəmir alətlə vuraraq qəsdən öldürməsi və daha sonra cinayəti gizlətmək üçün fermanı yandırmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Eldar İbrahimov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Xəbər xətti