Ordubad rayonuna qonaq gələn 39 yaşlı kişi bibisi oğlu tərəfindən bıçaqlanıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Nəsirvaz kəndində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü Məmmədov Yalçın Yaqub oğlu kəndə qonaq gələn dayısı oğlu, Kəngərli rayon sakini, 1984-ü il təvəllüdlü Bayramov Fazil İbrahim oğlunu bıçaqlayıb. O, təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
İlkin olaraq, hadisənin tərəflər arasında yaranan münaqişə zəmnində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.