Noyabrın 17-si saat 16:00-a olan məlumata əsasən Bakı, Sumqayıt, Maştağa, Binə, Naxçıvan, Şərur, Culfa, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Mingəçevir, Yevlax, Göyçay, İmişli, Kürdəmir, Qobustan, Sabirabad, Ağsu, Ağdam, Xaçmaz, Cəfərxanda yağış, Qusar, Xınalıq, Şahdağ, Qrız, Göygöl və Gədəbəyin yüksək dağlıq ərazilərində qar yağıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, şimal-qərb küləyi Göyçayda 22 m/s, Mingəçevirdə 21 m/s, Zərdab, Ceyrançöldə 18 m/s, Astara, Göygöldə 16 m/s, Bakıda və Abşeron yarımadasında 28 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14 dərəcəyədək, Naxçıvan MR-da 15 dərəcəyədək, Aran rayonlarında 18 dərəcəyədək, dağlıq rayonlarda 11 dərəcəyədək isti qeydə alınıb.