2023-cü ilin yanvar-oktyabr ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 520 814 abonent 12 qəpik tariflə qazdan istifadə edib. Bu da ümumi abonentlərin 60,2 %-i təşkil edir.
Ucnoqta.az xəbər verir ki, bu sözləri "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev mətbuata açıqlamasında bildirib. Eldəniz Vəliyevin sözlərinə görə, 60,2 faiz abonent 12 qəpiklik limiti keçməyib.
O, əlavə edib ki, 866 510 abonent 20 qəpik tariflə (ümumi abonentlərin 34,3%), 138 945 abonent 25 qəpik tariflə (ümumi abonentlərin 5,5 %) qazdan istifadə edib.