Bank kartlarından oğurluq edən şəxs saxlanılıb

12:31 - 17 Noyabr 2023 - HADİSƏ

Quba Rayon Polis Şöbəsinin Kibercinayətkarlıqla Mübarizə qrupunun əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhər sakini Asif Səmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Ucnoqta.az-a bildirilib ki, o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə digər şəxslərə məxsus bank kartlarının üzərində olan kodları müxtəlif yollarla əldə edərək uzun müddət ərzində Bakı şəhərində və respublikanın bir neçə rayonunda vətəndaşların pullarını mənimsəyib.

Həmin şəxs ifadəsində etdiyi dələduzluq əməllərini səmimi etiraf edib.

Qeyd edək ki, A.Səmədov əvvəllər də analoji əməllər törətdiyinə görə məsuliyyətə cəlb olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər xətti