Goranboy Rayon Polis Şöbəsinə Rayonun Goran çayı sahilində silah-sursat olması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib.
Sözügedən əraziyə baxış keçirilən zaman oradan 4 ədəd BP5, 6 ədəd F-1 əl qumbaraları, 200 ədəd 7,62 mm-lik SVD patronları, 1 ədəd Kalaşnikov markalı avtomat, 5 ədəd avtomat darağı və 287 ədəd 7,62 mm-lik avtomat patronu aşkarlanıb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.