Bu yaxınlarda Moldova prezidenti Maia Sandu tərəfindən götürülmüş Codrutz iti liderlərin Kişinyovdakı görüşündən sonra onu sığallamaq istəyən Avstriyanın rəhbəri Aleksandr Van der Belleni dişləyib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, it avtomobil vurduqdan sonra nəzarətə götürülüb. Avstriya prezidenti onu sığallamaq istəyəndə Kodruk onun əlini dişləyib. Hadisə liderlər danışıqlardan sonra prezident administrasiyasının həyətində gəzərkən baş verib və jurnalistlər tərəfindən lentə alınıb.
Nəticədə Avstriya prezidenti Moldova parlamentinin sədri ilə görüşə əlində sarğı ilə gəlib.