Bakıda oğurluq edən keçmiş məhbus saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində noyabrın 11-də rayon ərazisində Bakı şəhər sakini olan bir nəfərin içərisində 2 500 manatı, sənəd və bank kartları olan pulqabını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Samir Xələfov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.