Yaponiyanın Honsyu adasının mərkəzində yerləşən Qunma prefekturasındakı poliqonda Yaponiya və Böyük Britaniya quru qoşunlarının birgə təlimləri başlayıb.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, təlimlər hər iki tərəfdən 600 hərbçinin iştirakı ilə noyabrın 26-dək davam edəcək.
Təlimlər zamanı sahil xəttinin və ucqar adaların müdafiəsi üzrə birgə əməliyyatlar həyata keçirilir. Canlı atəş planlaşdırılır.
Təlimlər yanvarda bağlanmış ikitərəfli saziş əsasında keçirilir.