Ucnoqta.az
www.ucnoqta.az

Britaniya və Yaponiya quru qoşunları birgə təlimlərə başlayır

08:34 - 16 Noyabr 2023 tarixində dərc olunub.

Yaponiyanın Honsyu adasının mərkəzində yerləşən Qunma prefekturasındakı poliqonda Yaponiya və Böyük Britaniya quru qoşunlarının birgə təlimləri başlayıb.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, təlimlər hər iki tərəfdən 600 hərbçinin iştirakı ilə noyabrın 26-dək davam edəcək.

Təlimlər zamanı sahil xəttinin və ucqar adaların müdafiəsi üzrə birgə əməliyyatlar həyata keçirilir. Canlı atəş planlaşdırılır.

Təlimlər yanvarda bağlanmış ikitərəfli saziş əsasında keçirilir. 

Müəllif: Ucnoqta.az redaksiyası