Noyabr ayının 15-dən etibarən istilik sisteminin verilişi start götürüb.
Lakin qızdırıcı cihazlarda verilən istiliyin xeyli az olduğu müşahidə olunur.
Bəs maraqlıdır, qışda evlər bu istiliklə necə qızacaq?
“Azəristiliktəchizat” ASC-dən bildirilib ki, binaların enerji tələbatı, enerji effektivliyi ətraf mühitin temperaturundan asılıdır:
“Əgər binanın daxili şəraitinin istilik enerjisini qəbul etməyə imkanı varsa, qapılar, pəncərələr normal vəziyyətdədirsə, bu tələblərə cavab verən binalar normal istiliklə təmin olunur”.
Qiymətlərin artıb-artmayacağına gəldikdə isə bildirilib ki, bununla bağlı heç bir müzakirə getmir.
Məlumat üçün bildirək ki, cari mövsümdə “Azəristiliktəchizat” ASC tərəfindən Bakı şəhəri və regionlarda 3 863 yaşayış binasının, 184 minə yaxın mənzilin, 285 orta məktəbin, 127 uşaq bağçasının, 151 səhiyyə müəssisəsinin və 2500-ə yaxın sosial və təsərrüfat hesablı obyektin istiliklə təmin edilməsi nəzərdə tutulur. Qurumdan o da bildirilib ki, istilik təchizatı növbəti il aprel ayının 15-nə qədər davam edəcək.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: