Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Tərtər-Goranboy yolunun Seydimli kəndindən keçən hissəsində qeydə alınıb.
Rayonun Balakəngərli kənd sakini, 2000-ci il təvəllüdlü Məmmədov Bəhruz Mənaf oğlu idarə etdiyi “Toyota Prius” markalı avtomobillə yol qəzası törədib. Nəticədə o, aldığı xəsarətlərdən yerindəcə keçinib.
Bildirilib ki, avtomobil B.Məmmədova məxsus olmayıb. O, etibarnamə olmadan Nicat Şükürov adlı şəxsə məxsus avtomobili idarə edirmiş.
Faktla bağlı cinayət işi başlanıb.