Amerikalı aktrisa və pop müğənnisi Cennifer Lopez "Apple Music" ofisində görüşə açıq-saçıq geyimdə gəlib
Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail yazıb. Bildirilir ki, onun geyimi sosial şəbəkədə tənqid olunub.
54 yaşlı məşhur paparazzi fotolarına şəffaf üst paltarında çıxıb, onun üzərində düymələri açıq olan uzun pencək və parlaq elementlərlə bəzədilmiş palto geyinib. Dodaqlarını qəhvəyi dodaq boyası ilə rəngləyib və görünüşünü sinəsində xaç olan zəncir və gün eynəyi ilə tamamlayıb. Eyni zamanda büstqalter taxmayıb.
“Kim çılpaq sinəsində xaçla “işgüzar görüşə” gedərdi? Yenə iyrənc və vulqar”, “Görüş üçün üstsüz! O, fahişəxana müdiridir?”, “Lopez nə vaxtsa ört-basdır edəcəkmi?” - istifadəçilər tənqidlər yazıblar.