Ən böyük mahnı müsabiqəsi "Avroviziya" gələn ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, artıq hansı ölkələrin iştirak edəcəyi bəllidir. Bukmekerlər əsas kuboka iddialıları açıqlayıb.
Eyni zamanda, bukmeker kontorları artıq mərclər qoyublar. Birinci İsraili (8%), ikinci yerdə Ukrayna (7%) olub. İsveç 7% səslə üçüncü yerdədir.
Dördüncü yerdə İtaliya (7%), ilk beşliyi isə Norveç (5%) qapayır.
Qeyd edək ki, hələlik heç də bütün ölkələr müsabiqə üçün təmsilçi seçməyib.