Azərbaycan Gürcüstandan 14, 856 milyon dollarlıq mal-qara alıb

20:30 - 14 Noyabr 2023 - İQTİSADİYYAT

Azərbaycan Gürcüstandan 14, 856 milyon dollarlıq mal-qara alıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Milli Statistika Xidmətindən bildirilib.

Bildirilib ki, 2023-cü ilin yanvar-sentyabr aylarında yerli mal-qara ixracı 58,042 milyon dollar təşkil edib ki, bu da son 10 ilin ən yüksək göstəricisidir.

Bu il Gürcüstandan yalnız 4 ölkəyə ümumi dəyəri 58,042 milyon dollar olan 17,622 ton diri mal-qara ixrac edilib:

İraq - 42,517 milyon dollar (13,083 ton);
Azərbaycan - 14,856 milyon dollar (4,228 ton);
Ermənistan - 348,4 min dollar (217 ton);
İran - 320,2 min dollar (93,5 ton).

Xəbər xətti