Dünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, ABŞ-ın Missuri, Arkanzas ştatlarında və Macarıstanın Sabolç-Satmar-Bereq, Haydu-Bihar inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat yayıb.
Ölkə ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün həmin ölkələrdən quş ətinin gətirilməsi qadağan olunub.