İmişlidə baş verən yol-nəqliyyat hadisəsində 17 yaşlı gənc ölüb.
APA-nın məlumatına görə, hadisə İmişli-Kürdəmir yolunun Telişli kəndi ərazisində qeydə alınıb.
Minik avtomobilinin aşması nəticəsində 2006-cı il təvəllüdlü şəxs ağır xəsarətlərlə İmişli xəstəxanasına yerləşdirilib. Bir müddət sonra o, xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.