Ucnoqta.az
www.ucnoqta.az

İmişlidə yol qəzası olub, 17 yaşlı gənc ölüb

12:59 - 12 Noyabr 2023 tarixində dərc olunub.

İmişlidə baş verən yol-nəqliyyat hadisəsində 17 yaşlı gənc ölüb.

APA-nın məlumatına görə, hadisə İmişli-Kürdəmir yolunun Telişli kəndi ərazisində qeydə alınıb.

Minik avtomobilinin aşması nəticəsində 2006-cı il təvəllüdlü şəxs ağır xəsarətlərlə İmişli xəstəxanasına yerləşdirilib. Bir müddət sonra o, xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası