Qazax Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.
Ucnoqta.az DİN-ə istinadən ki, keçirilən tədbirləri nəticəsində həftə ərzində 4 nəfər rayon sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibirli, yivli və yivsiz ov silahlarını polisə könülllü təhvil veriblər.
Həmin silahlar müvafiq ekspertizaya təqdim edilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.