Kəndlərdə yaşayan qızlar üçün Masallıda yerləşən müəssisə və qurumlara infotur təşkil edilib - FOTO

11:38 - 10 Noyabr 2023 - ÖLKƏ İÇİ

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Masallıda Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinin icra etdiyi “Kəndlərdə yaşayan qızların təhsilə və peşə seçiminə təşviqi” layihəsi çərçivəsində infotur təşkil edilib.

Ucnoqta.az xəbər verir ki, infotur Masallı rayonunun Qızılağac, Köhnə Alvadı, Qəriblər, Yeyənkənd və Şərəfə kəndlərindən olan ümumilikdə 20 nəfər məktəbli qız üçün təşkil edilib.

İnfotur çərçivəsində gənc qızlar Masallı rayon H.Əliyev Mərkəzində yerləşən Masallı Qadın Resurs Mərkəzini, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsini, H.Əliyev Mərkəzində rəssamlıq sahəsi üzrə fəaliyyət göstərən mərkəzini, Masallı Sənayə Məhəlləsini, Masallı Təhsil Fondunu və Masallı ASAN həyat kompleksində yerləşən İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Cənub Regional Mərkəzini ziyarət ediblər.

Məlumat üçün bildiririk ki, layihənin birinci mərhələsində Masallı rayonunun adı çəkilən 5 kəndinin hər birində ümumilikdə 128 nəfər qızı əhatə edən peşə və təhsilə marağın artırılması üzrə təlimlər təşkil edilib. Təlimlərdən sonra isə seçilən fəal 20 nəfər qız layihənin infotur hissəsinə cəlb edilib. Qeyd edək ki, Layihənin məqsədi Masallı rayonunun kəndlərinə yaşayan qızların təhsilə və peşələrə marağının artırılması və onlara rayonun sosial – iqtisadi potensialını tanıtmaqdır.


Xəbər xətti