Kadırovun 15 yaşlı oğlu mükafat almağa qızıl tapança ilə gəldi - FOTO

19:04 - 8 Noyabr 2023 - Xəbər

Çeçenistanın rəhbəri Ramzan Kadırov öz Telegram kanalında 15 yaşlı oğlu Adamın daha bir mükafat - Kabardin-Balkar Respublikasına xidmətlərinə görə ordeni alması ilə bağlı video yayımlayıb.

Ucnoqta.az xəbər verir ki, kadrlardan görünür ki, gəncin kəmərində qızılı tapança olan qobur var. Ordeni Adəmə rayon rəhbəri Kazbek Kokov şəxsən təqdim edib.

Xatırladaq ki, bu, Kadırovun oğlu üçün son bir ay yarımda beşinci mükafatdır. Oktyabrın əvvəlində Kadırovun oğlu Çeçenistan Respublikasının Qəhrəmanı adına layiq görülüb, sonra isə Tatarıstan və Qaraçay-Çərkəz hakimiyyətinin ordenləri ilə təltif edilib.

Sentyabrın 25-də Ramzan Kadırov oğlunun Quranı yandırmaqda ittiham olunan Nikita Juraveli döydüyü videonu dərc edib. O, Juravelin Adam Kadırov tərəfindən döyülməsi ilə bağlı dediklərinin doğru olduğunu təsdiqləyib. Eyni zamanda, siyasətçi oğlunun düzgün iş gördüyünə inanır, çünki “hər hansı bir Müqəddəs Yazıya müdaxilə edən” “ağır cəzaya məruz qalmalıdır”.


Xəbər xətti