Londonun ICE birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti oktyabrın 6-dan bəri ilk dəfə olaraq 84 dollar/bareldən aşağı düşüb.
Ucnoqta.az birja məlumatlarına əsasən xəbər verir ki, Brent markalı neftin qiyməti 1,54% ucuzlaşaraq 83,9 dollar/barelə bərabər olub.
Brent fyuçersləri 83,93 dollara (-1,5%) enib. Eyni zamanda, yanvarda çatdırılma üçün WTI markalı neftin fyuçersləri 1,02% azalaraq bir barel üçün 79,62 dollar təşkil edib.