Sabunçu rayonu Pirşağı qəsəbəsində evlərin birindən oğurluq olub.
Bu barədə Ucnoqta.az-a DİN-in mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 3-də Pirşağı qəsəbəsindəki evlərin birindən 7250 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri F.Əzimov və F.Əsgərova müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.