Xırdalanda intihar hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə Xırdalan şəhəri ərazisindəki bağ evlərindən birində qeydə alınıb.
Orada yaşayan 17 yaşlı Rasim Babək oğlu Məhərrəmov yaşadığı evin həyətindəki ağacdan özünü asıb.
Onun asılmış meyitini gecə saatlarında qardaşı aşkar edib.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, intihar edən Rasim Məhərrəmov Bakı Peşə Liseyinin tələbəsi olub.