Noyabrın 8-9-da Özbəkistanın paytaxtında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XVI sammiti keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Özbəkistan prezidenti Şavkat Mirziyoyevin mətbuat xidməti məlumat yayıb.
“Tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Türkiyənin dövlət və hökumət başçılarının iştirakı gözlənilir”, - deyə məlumatda bildirilir. Mətbuat xidmətinin məlumatına görə, tədbir iştirakçıları İƏT çərçivəsində ticarət-iqtisadi, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də bu çoxtərəfli strukturun fəaliyyətinin təkmilləşdirilməsi məsələlərini nəzərdən keçirəcəklər.