Qazaxda vəkil intihar etdi

09:44 - 6 Noyabr 2023 - HADİSƏ

Qazax rayonunda intihar hadisəsi baş verib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Hüseynbəyli kənd sakini Mahmudov Rüfət Əsəd oğlu həyatına qəsd edib.

R.Mahmudov hüquqşünas olub. O, Azərbaycanın Vəkillər Kollegiyasının üzvü, Qazax rayon Vəkil bürosunun vəkili kimi fəaliyyət göstərirmiş.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti