Keçmiş məcburi köçkün şagirdlər üçün yeni imkan - FOTO

12:14 - 5 Noyabr 2023 - ÖLKƏ İÇİ

Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Məcburi köçkün məktəblilər arasında peşə təhsilinin təbliği” layihəsinin açılış mərasimi keçirilib. 

Tədbirdə çıxış edən  layihə rəhbəri, Kəlbəcər rayon 56 saylı tam orta məktəbin Direktor müavini Nizami Əsgərov layihə ilə bağlı şagirdlərə məlumat verib. 

N.Əsgərov bildirib ki, həyata keçirilən layihənin məqsədi şagirdlərin peşə təhsili müəssisələrinə ekskursiyasının təşkili ilə onların peşə təhsili, əmək bazarında daha çox ehtiyac olan peşələrlə bağlı məlumatlandırmaqdır:

“Altı ay müddətində icra ediləcək layihə çərçivəsində  Kəlbəcər rayon 56 saylı tam orta məktəbin VII-IX sinif şagirdlərinin (90 nəfər) İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiyası təşkil ediləcək.

Peşə məktəblərində şagirdlərə doğru sənət seçiminin əhəmiyyəti, respublikamızda peşə təhsili  müəssisələri, dövlətin peşə təhsilinin inkişafı istiqamətində gördüyü tədbirlər və bu sahənin gələcək inkişaf prespektivləri ilə bağlı məlumat veriləcək. Şagirdlər peşə təhsili müəssisələrindəki şərait, təhsil imkanları, tədris prosesi ilə əyani məlumat almaq imkanı əldə edəcəklər. Şagirdlər, həmçinin işğaldan azad olunan ərazilərin əmək bazarında daha çox ehtiyac olacaq peşələrlə bağlı bilgiləndiriləcəklər”.

Tədbirdə daha sonra çıxış edən layihənin eksperti Xalid Kazımov Peşə məktəblərinə qəbul prosesi, peşə məktəblərində mövcud təhsil imkanları ilə bağlı şagirdləri məlumat verib. 

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb. 


Xəbər xətti