“Kəpəz” baş məşqçisi Azər Məmmədovla yolları ayırıb.
İdmanxeber.az-a daxil olan məlumata görə, bu gün “Qarabağ”a 1:7 hesabı ilə uduzan Gəncə klubunun təcrübəli çalışdırıcısı istefa vermək qərarına gəlib.
O, hətta klubun azad azarkeş qrupu “Xəmsə”nin rəhbəri Müşviq Məmmədova sabah istefa verəcəyini də bildirib.
Mütəxəssis rəhbərliyə getmək istədiyini, istefa ərizəsini sabah onlara təqdim edəcəyini bildirib.
Qeyd edək ki, “Kəpəz” Azər Məmmədovun rəhbərliyi altında 12 oyunda yalnız bir qələbə qazana bilib.