Madaqaskarın təhlükəsizlik qüvvələri bu ay keçiriləcək prezident seçkiləri ilə əlaqədar paytaxt Antananarivuda müxalifətin çağırdığı nümayişi dağıdıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Agence France-Presse məlumat yayıb.
Məlumata görə, təhlükəsizlik qüvvələrinin gözyaşardıcı qazdan istifadə etdiyi qeyd edilir. Xəsarət alanlar barədə məlumat yoxdur. Nümayiş paytaxt hakimiyyəti tərəfindən qadağan edilib, lakin müxalifət onların qərarına məhəl qoymayıb.