Ucnoqta.az
www.ucnoqta.az

Madaqaskarda təhlükəsizlik qüvvələri müxalifətin nümayişini dağıdıb

16:50 - 4 Noyabr 2023 tarixində dərc olunub.

Madaqaskarın təhlükəsizlik qüvvələri bu ay keçiriləcək prezident seçkiləri ilə əlaqədar paytaxt Antananarivuda müxalifətin çağırdığı nümayişi dağıdıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Agence France-Presse məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik qüvvələrinin gözyaşardıcı qazdan istifadə etdiyi qeyd edilir. Xəsarət alanlar barədə məlumat yoxdur. Nümayiş paytaxt hakimiyyəti tərəfindən qadağan edilib, lakin müxalifət onların qərarına məhəl qoymayıb.

Müəllif: Ucnoqta.az redaksiyası