Lənkəranda yol qəzasında ölən və xəsarət alan şəxslər avtoyuma məntəqəsinin işçiləri olub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran şəhər sakinləri - 2000-ci il təvəllüdlü Taleh Aydın oğlu Abdullazadə və 2006-cı il təvəllüdlü İsmayıl Ümid oğlu Xansuvarlı dostlarının maşınını yumaq üçün alıblar.
T.Abdullazadə avtoyuma məntəqəsinə getməmişdən öncə idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı qaz tənzimləyicisinə, elektrik dirəyinə çırpılıb. Qəza nəticəsində avtomobildə sərnişin qismində olan İ.Xansuvarlı hadisə yerində ölüb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
12:23
Lənkəranda avtomobil qəzasında bir nəfər ölüb, bir nəfər yaralanıb.
“Report”un cənub bürosunun məlumatına görə, hadisə şəhərin Hənifə Abdullayev küçəsində baş verib.
Belə ki, “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı qaztənzimləyici qurğuya və elektrik dirəyinə çırpılıb. Nəticədə xəsarət alan iki nəfərdən biri hadisə yerində ölüb. Digər yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.