Lənkəranda yol qəzasında bir nəfər ölüb, bir nəfər yaralanıb.
“Report”un məlumatına görə, hadisə şəhərin Hənifə Abdullayev küçəsində baş verib.
Belə ki, "Hundai" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı qaztənzimləyici qurğuya və elektrik dirəyinə çırpılıb. Nəticədə xəsarət alan iki nəfərdən biri hadisə yerində ölüb. Digər yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.