Oğuzda ov tüfəngi ilə ehtiyatsız davranan şəxs xəsarət alıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a bildirilib ki, noyabrın 4-ü gecə saatlarında Oğuz rayon sakini, 2001-ci il təvəllüdlü Elgün Xəlilzadənin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.
İlkin araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində xəsarət aldığı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.