Onlarla Almaniya vətəndaşı Qəzza sektorunu Rəfah keçid məntəqəsi vasitəsilə tərk edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.
“Bu gün aralarında uşaqlı ailələr də olan 30-dan çox alman vətəndaşı Qəzzanı tərk edib. Biz digər Alman vətəndaşlarının da tərk edə bilməsi üçün intensiv işləməyə davam edəcəyik” - məlumatda deyilir.