Ucnoqta.az
www.ucnoqta.az

30-dan çox Almaniya vətəndaşı Qəzzanı tərk edib

22:07 - 3 Noyabr 2023 tarixində dərc olunub.

Onlarla Almaniya vətəndaşı Qəzza sektorunu Rəfah keçid məntəqəsi vasitəsilə tərk edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.

“Bu gün aralarında uşaqlı ailələr də olan 30-dan çox alman vətəndaşı Qəzzanı tərk edib. Biz digər Alman vətəndaşlarının da tərk edə bilməsi üçün intensiv işləməyə davam edəcəyik” - məlumatda deyilir.

Müəllif: Ucnoqta.az redaksiyası