Luçesku paytaxt klubunu tərk etdi

21:33 - 3 Noyabr 2023 - İDMAN

Ukrayna futboluna 15 il verdim və karyeramı burada bitirmək qərarına gəldim. Bu, sonuncu oyundur, “Dinamo”çularla, “Şaxtyor”la vidalaşdım.

Ucnoqta.az xəbər verir ki, Kiyev "Dinamo"sunun baş məşqçisi Mirça Luçesku paytaxt klubunu tərk etdiyini açıqlayıb.

“Ukrayna futboluna təşəkkürlər! Bu 15 il üçün Ukraynaya təşəkkür edirəm! Hər kəsə sülh, cansağlığı və xoşbəxt gələcək arzulayıram”, - məşqçi matçdan sonra deyib.

Luçesku "Dinamo"da üç yarım mövsüm keçirdikdən sonra təqaüdə çıxdı. O, 2020-ci ildə Kiyev komandasının məşqçisi olub.

Luçesku “Dinamo”da çalışmazdan əvvəl 12 il “Şaxtyor”un baş məşqçisi kimi də çalışıb.

Xəbər xətti