Mahmud Abbasın Rusiyaya səfəri təxirə salındı

21:18 - 3 Noyabr 2023 - DÜNYA

Fələstin lideri Mahmud Abbasın Rusiya Federasiyasına noyabrın 15-nə planlaşdırılan səfəri Fələstin tərəfinin tələbi ilə təxirə salınıb.

Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.

Onun sözlərinə görə, Fələstin tərəfi regiondakı çətin vəziyyəti misal gətirib, nəticədə Abbas onu tərk edə bilməz. Nazir müavini qeyd edib ki, Rusiya bu hallara anlayışla yanaşır.

Xəbər xətti