Ərini bıçaqla öldürmək istəyən qadının istintaqı başa çatıb

18:08 - 3 Noyabr 2023 - HADİSƏ

Gədəbəydə ərini öldürməyə cəhddə təqsirləndirilən Səyidə Musayevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən qadın barəsində toplanan materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Abdulla Məmmədovun icraatına verilib.

Qeyd edək ki, iyulun 22-də Gədəbəy rayon sakini 1989-cu il təvəllüdlü Taryel Musayevin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1992-ci il təvəllüdlü Səyidə Musayevanın Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yaşayış evlərindən birində aralarında yaranmış mübahisədən sonra əri Taryel Musayevə bıçaqla xəsarət yetirərək onu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. S.Musayeva iş üzrə şübhəli şəxs qismində tutulub.

Xəbər xətti