Müğənni Fədayə Laçın bacısı İlahə Fəda ilə küsdüklərini etiraf edib.
"Unikal" xəbər verir ki, sənətçi bu haqda "Evdəkilərə salam" verilişində qonaq olarkən deyib. O bildirib ki, bacısı ilə danışmırmışlar.
Fədayə aparıcının "İlahə Fəda Avropada olduğu üçün proqrama qatılmayıb. Münasibətiniz var?" sualına belə cavab verib:
"Bacım deyil? Niyə münasibətimiz olmasın ki... Amma deyim ki, onun xətrinə dəymişdim, danışmırdıq. Sonra üzrxahlıq etdim, könlünü aldım. Dedim ki, bacı, sən nə deyirsən o, olsun".